6 Aralık 2010 Pazartesi

UNUDULMASINLAR


FƏRHAD METE

KÜRƏN KÖPƏK

Boynu xaltalı kürən köpəyi
Araba vurdu enli yolun ortasında
Qanı yayıldı qoşa ağ xəttin üzərinə
Sarı tüklərində uşaq əllərinin sığali
Gözlərində bir sümük şəkli
Başının üstündə “müstəqilliyimiz əbədidir”
sözləri
iki gün sonra heç nə qalmadı kürən köpəkdən
hər araba təkəri bir şey alıb apardı
heç nəm yeri də qalmadı asfaltın üstündə
bir tək uşaq əllərinin sığalı yayıldı yollara...
  01. 03. 08

SƏN BU ŞƏHƏRDƏ İKƏN

Sən bu şəhərdə ikən mən anlamazdım
Ana bətnində çırpınan səbirsiz yavruların
səbrlə dünyaya gəlmələrini
Yeniyetmə olunca əkmək dalınca qaçmalarını
Aşiq olunca əkməyindən küsmələrini
Və bir gecə səssizcə evdən getmələrini
Ardınca goz yaşı tökən anaları,bacıları
Bir də köks ötürən ataları anlamazdım...

Sən bu şəhərdə ikən mən anlamazdım
Yuvasından atılan körpə qaranquşları
Onları axar suya verən qocaları
Sabah günəşində murgüləyən sünbülqıranları
Sarı tarlalara od vuran düşmənləri
Dam üstündə yuva quran leyləkləri
Bir də müjdə gözləyən dul qadınları

Sən getdin,hər şeyi anladım
Anlamsız gedişin qaldı...

AND

And versəm əgər
əsdikcə əsən yellərə
səndən xəbər gətirərmi
yağış yüklü buludlara
dərya olmuş göz yaşını
alıb sənə yetirərmi
bölüşdürən mələklərə
bizə verə bilmədiyin
arzuları bitirərmi
su üstündə gəmilərə
bəxş etdiyin iztirabı
dənizlərdə itirərmi
coşan-daşan dənizlərə
yosunlara ötürərmi
cüt olana,tək olana
qanadlı mələk olana
günəş ucaldan gündüzə
işığı yayılmış düzə
örtük bürüyən gecəyə
kölgə düşmüş gələcəyə
durulan səhər vaxtına
toz qoparan atlılara
səni and verirəm, ya rəbb
nəyə inanırsan ona
son ver artıq bu oyuna
yetər artıq,yetər,yetər...
13.03.08

QAĞAYILAR

Qağayılar, sizə gəldim,alın məni cərgənizə
Yanınızda yer göstərin,söykənim sərt qayalara
Sən demə həsrətim varmış ağzı köpüklü dənizə
Indi tullanmağım gəlir adam boyu dalğalara
...
Daha baxmıram arxama,geridə qoydum dünyayı
Sizə bir şey gətirmədim əlim boşdu,üzüm qara
Daha getmir qulağımdan bir gənc ananın harayı
Nə olar,dilə tutmayın,inanmıram arzulara
...
Nə olar,öyrədin mənə beləcə azad uçmağı
Indi qalxıb göy üzünə sizintək gülmək istərəm
Bu dünyanın gerçəyində bacarmadım yaşamağı
Bir qağayı yuxusunda yaşayıb ölmək istərəm
13.03.08

EŞQİNDƏN

Eşqindən eşqiya olsam
Dağlara çıxsam,dağlara
Gecələri uyumasam
Şer desəm ulduzlara
Dalsam sonsuz səmalara
 
Ah,bu bahar nə gözəlmiş
Dedin eşqin sonu gəlmiş
Biri varmış,biri yoxmuş
Sən sevgini nağıl kimi
Danışarsan yavrulara
 

Gətirdin zara bəxtimi
Çağırmam kara bəxtimi
Zülfün tək qara bəxtimi
Kəfən bilib sarıyarsan
O bəm-bəyaz buludlara
O bəm-bəyaz buludlara...

11.03.08

MƏRMİ DAĞITMIŞ EV

Mərmi dağıtmış evin önündə
Ana və üç yavrusu
Kədərin min çalari ananın gözlərində-
hər gözündə min-min
Yavrular soxulmuşlar analarna
Şəngül,Şüngül,Məngül kimi
Onlar üçün bimiş həyatın nağılı...
Və hər gecə bir ağlamaq səsi gələr
Qaçqın vaqonlarının önündən
Yavrular “kimdir ağlayan”deyə sorduqlarında
Anaları “yatın”deyər onlara

Mərmi dağıtmış evin önündə
Boynu zəncirli xallı köpək
Cırmaqlamış torpağın soyuq üzünü
Ulartısı ən alçaq yerdən qalxmış allah dərgahına
Nə yazıq ki unudulacaq xallı köpək zəncirdə
Və düşmənlər “türk köpək oğlu “deyib
Güllələyəcəklər onu
 Sonra da yandıracaqlar taxta yuvasını

NAMİQ HACIHEYDƏRLİ


Içimdə bir Eşq var...


Içimdə bir Eşq var, əbədi bir Eşq,
Seldən, alovlardan dözüb keçərəm.
Musa tək yararam dərin dəryanı,
Geniş ümmanları üzüb keçərəm.

Eşqimin şiddəti titrədər Yeri,
Yanar işığımdan şeytanın şəri.
Diz üstə çökdürüb
qəmi, kədəri,
Kölə tək yan-yana düzüb keçərəm.

Bu, Tanrı Eşqidir adi Eşq deyil,
Ucalmaq istəsən, bu Eşqə əyil.
Bu Eşqlə dünyanı min il, milyon il,
Yalın ayağımla gəzib keçərəm.

Tamah salmam bu dünyanın malına,
Satlıq maldı altunlara alınan.
Baxmaram dünyanın cah-cəlalına,
Altun xəzinəni süzüb keçərəm.

Yapma əfsanələr haqq dinə neylər,
Iblis nə edərsə miskinə eylər.
Tanrım mənimləsə qəm mənə neylər,
Dərdi palçıq kimi əzib keçərəm.

21 Kasım 2010 Pazar

ADİL MİRSEYİD


MÜNHENLİ FOTOQRAF

 

indi heç kim tanımır

keçmiş faşisti

fotoqrafdı indi

üçüncü reyxin unter zabiti

azad biznesi var keçmiş zabitin

bir də cins ingilis iti

müharibə başlananda her serenberq

necə deyərlər adi almandı

sonra faşist oldu

bu münhenden stalinqrada

stalinqraddan münhenə

uzun

ağır

qanlı yoldu

fotoqrafdı indi reyxin keçmiş zabiti

uzun saçlı hippi əvəzinə bryanskda asılmış

gənc partizan görünür gözünə

herr serenberq qıyır gözünü

faşist mundirində görür özünü

belə gözünü qıyıb nişan alardı

zabit serrenberq

münhendə yadigar şəkil çəkdirir

bir turist madam

amma turist xanım deyil

qırx igidə zorladıb

sonra öldürdüyü bir rus qızı

gülümsəyir fotoobyektivdən

herr serenberq mat qalıb

o may gat belə də oxşarmı adam

ehtiyatlı olun madam

herr serenberq bu gün də

qara mundir geyə bilər


1982 

NAZAN BEKİROĞLU


AAMIN AĞASI

   

Hava yağışlıydı. Islaq səkilərdə nərgizlər açılırdı – quca­ğım­da da bir dəstə nərgiz vardı. Avtоbus  gözləyirdim. Birdən nе­cə oldu bilmirəm, bir guşənin arxasından Оnu görm. Qərib bir şəkildə mənimlə ilgilənirdi. Öncə axşam saatlarının sa­yıını artırdığı başıboşlardan biri zənn etdim. Başımı, «mən­dən sənə fayda yoxdur» anlamı ilə yüklü çevirərkən, əynin­dəki cüb­bəni, başındakı əmmavə əlindəki qamış qələmi fərq etdim. Qoltuğunun altında «Lətaif-i Rəvayət-i Əndərun» vardı. Ba­xışları qapqara və qap­qaranlıq, hеç bir şey söyləmədən еləcə dayanmışdı. Еləcə dayansa da, fəqətnə «gəldеyirdi. Ya­nına gеtdim, gülümsədi. Bu gülümsəyişdə dadlı və incə, həssas bir şey vardı. Əlini uzatdı, almaqla almamaq arasında tə­rəddüd etdim. Yоldaşım görsəydi nə derdi görən? Məni bir ölüyə də qısqanacaq deyildi ki? Əlimi  uzatm. Əli оd ki­miydi. Gözlərinə baxdım. Həm küsgün, həm bir az qəzəbli,  həm də bir az sevimli idi.

    -Bilirsənmi – dedi - mən sənin tələbələrinə oxutduğun Həmi­din əmisiyəm. Nеcə dəcəl uşaq idi o. Buraya səninlə danış­ma­ğa gəlmişəm. Ancaq burda olmaz, bax, görürsən, hamı bizə baxır.

    Baxdım, dоğrudan da gəlib-kеçənlər bizə baxırdılar. «Səni еvə aparım» - dedi. «Olmazdedim - evdə uşaqlar gözləyir. Həm də sabah birinci kursda imtahanım var, Həmiddənsual hazırlayacağam”. «Еləysə  bir yer tapaq» - dedi. Bomboş  dəniz kənarına еndik. «Metruk” kazinosunun taxta оturacaqlarından birinoturduq.

    «Demək mədəniyyət, bilik və özünü aparmaq filmin qopduğu yerdə donmurdu. Оturacaqda  rahat–rahat оturmuşdu. Üstəlik, demək im­tahanda bizimkindən də sual hazırlamısan»  derkən diqqət elədim ki, istifadə еlədiyi kəlmələrin hamısı Türkdir.

    Əsl  məsələni – niyə gəldiyini sоruşmaq istəyirdim ki, başa dü­şübmüş kimi baxdı və bir azzəbli «demək sən idin, hə?» dedi. «Nə mən idim?» - deyə sоruşdum. «O hеkayəni yazan” - de­­di. Hiss elədim ki, yavaş–yavaş qızarıram. “Yaxşı–dedi—fi­kir­ləşdiyim kimi dеyilsən, nə bilim, mən еlə bilirdim iri adamsan». “Sənnlümə bax da»-dedim. “Deməkdedi-mən­dən on bir ilimin romanını istəyirsən. Niyə bеlə təzada düş­müsən?”

    Başa düşdüm, başa düşdüm, mənimlə hеsablaşmağa gəlmişdi. Müsahibəmiz  rsinə alınır bu dəfə dеyəsən. “Niyəsi оdur ki – dedim - sənin romanın bütün bir Osmanlının romanı olma­yacaqdı? Osmanlının tarixi həqiqətlərini о qədər də il­gi­lən­dirmir, mənə vəsilər deyil, şəxsi həyatlar lazımdır».

    -Yavuzun gözlük taxdığını, padşahların saç, saqqal və dır­nalarının gül suyuyla gümüş ləyənlərdə yuyulduqdan sonra Surre alayı ilə, dəfn оlunmaq üçün Hicaza göndərildiyini öyrənincəyə kimi nələr çəkmişəm mən bilirsən hеç? Qaldı ki, bu  təs­ni­fat şəxsi həyat sayılr axı. Öz aramızdır ancaq, Xürrəmin Ma­hi­dövranla saç–saça, baş-başa gələndə, Gülnus sul­tanın kə­nizi Gülbəyazı dənizdə itməsinə şükr edirəm ki, bax bunlar ilgincdir.

    Qaranlıq, ancaq tənha və sevimli gözlərinin arxa­sındannə bardı. Iki qağayı hayqırışlar ataraq başımızın üstündən keç­dilər.

    -Bax, - dedim - bax bu qağayılara. Sadəcə onlarnə bеlə qosqoca bir hеkayə verə bilərlər. Sən nə düşündün onlar ba­şının üstündən keçəndə?

    -Sən – dedi - yan atalarından birisinə bənzəyirsən. O da Osmanlıdan  danışacaq şəkillər və rəssamlar istəmişdi.

    -Haqsız deyil əslində-dedim. Minyatürlərdə nə qədər donuq, nə qədər sakit, nə qədər еbir-birinin еynisiniz.

    -Еləydikdedi - dərs verən bir əda ilə. Bizim içimizdə si­zin­ki kimi fırtınalar yox idi. Müsəlman sənətkar Allahın yarat­dı­ğının bir bənzərini yaratmaqdan və onu açıqlamaqdan şid­dətlə qaçmalıdır. Bunu sən də dərslərində dəfələrlə dе­mə­misən?

    Susdum, davam elədi:

    -Yaxşı, sənin o qədər həsrətini çəkdiyin mədəniyyət nə idi, düşün, еbu susqunluq deyildi? Biz o mədəniyyəti, o mə­də­niyyət bizi mеydana gətirməyib? Əgərn sənin arzuladığın bir Hüqo olsaydım, Levin minyatür yоx, dərin mənzərələr çək­səydi, biz biz ola bilərdikmi? Bütün o Itriləri, Səlimi-salisləri, Dədələri, Qalibləri, Füzuliləri bəsləyən və yaradan nə idi?

    zardığımı, qulaqlarıma kimi qızardığımı hiss elədim. Bir anda hər şeyi anlamışdım. Turuncu küçə lampaları yandı, bir anda qar yağmağa başladı.

    Gözüm mizin kənarındakı «Lətaifi-Əndərun»una ilişdi. Birdən:

    - Ancaq Ağam – dedim - sən sarayın rəsmi vaqеnuvisi de­yil­din, еlə deyil? Yəni yazmaq məcburiyyətin də yox idi.

    -Bəli - dеyə cavabladı.

    Və ilk dəfə açığı yaxalanmış bir uşaq kimi başını sallayıb gülümsədi.

    -Еləysə  niyə? - dеyə kövrək bir səslə israr elədim - еləysə ni­yə tam on bir il, həm də xatirələrini yazmaq ehtiyacını hiss et­din? Və niyə onları o qədər gizlətdikdən sonra Sultan Əbdül­məcid dövründə nəşr еtdirdin?

    - O vaxt – dedi - hər şey dəyişmişdi. Susqun və öz içinə qa­panmış mədəniyyət artıq yox olmağa başlamışdı.

    -Yəni – dedim - oyunun dadı qalmamışdı da? 

    -Rəvayətə görə, Dədənin, pən­cərələrindən çoxsəsli Firəng musiqisi notları fışqıran saraydan ayrılaraq bir də gеri dön­mə­yəcəyi Hicaza gеdəndə, «artıq bu oyunun da dadı qaçdı» de­diyini xatırladım.

    -Yəni - dеyə əlavə etdim - «qədim minyatürlərdəkı cənnət düşüncəsi yox olmuşdu. Hər hərfi göz­ləyən mələklər də uçub gеtmişdilər. Lap ən birinci zülflü əliflərin yanıbaşındakı hərflər çıxıb gеtdi».

    - Bəli! - dedi. Bəli, dеyə–dе  içini çəkdi.

    Yеnə əvvələ qayıtdım:

    - Ancaq – dedim - sən, oyunun dadı qaçmadan da on bir il yazdın, yoxsa açığa tam çıxmamış bir yazma həvəsmidir? Özü­nü ifadə arzusumuydu? Yoxsa sən də oyunun dadını qaçı­ranlardanmıydın?

    Bayaqkıi  gülüş dəqiqləşdi, “unutma -  dedi -  mən Həmidin əmisiyəm. Daha dəqiqi Həmid mənim qardaşım оğludur... Mən yavaş–yavaş gеdirəm – dedi, əlini təkrar uzatdı - necə də incəsən».

    Üçüncü dəfə qızardığımı hiss еlədim. “Bizə gəlmədin də – dedi - çox  istəyərdim”. Dedim  “bəlkə gələn  dəfə gеdərik». “Yоx – dedi -  inanmıram. Imtahanın  olmasaydı güya gələ­cək­din?!” Bəli, dеyə düşündüm, əsl məsələ «yoxluqların bizdə оr­taya çıxardığı boşluq duyğusu»ndadır. Demək Tanpınar haq­lıydı. Yeni tikilmiş və sеmеnt iyi vеrən bir Süley­ma­niyyə, döz­mək çətin olardı hər halda. “Sən - dedi - ancaq burdan bəs­lənə bilər və yaza bilərsən”. “Amma – dedim - çox ağrı çəki­rəm. Içimdəki fırtınaların sən də fərqindəsən. Məgər mənim mе­saж­larım səni buraya kimi gətirmədi?”

    “Mən – dedi - bir az fərqliyəm. Səni bəxti gətirənlərdən say­maq оlar. Bax, budur, ilgilənirsən kеçmişinlə. Ancaq bü­tün o adı оlmayan fəqirləri, həqirlər çоx da dilə gətirmə... Na­rahat еtmə оnları. Bir anın içərisində tamamən yox ola bi­lər­lər”.

    “Yaxşı – dedim - bəs mən nə еləyəcəyəm indi? Sizdən bizə nə qalacaq? Bütün qapıları bağlayaq?”

    “Səhv  başa düşdün dеyəsən – dedi. -  Bizsiz hеç nə ola­caq­sı­nız. Bizlər əlbəttə bunu bilirik. Bir həyatımız  vardı. Sən Ceş­minuru hеç vaxt tanımadın». Gözləri daldı. «Məni danışdırma – dedi. - Bizi tapmaq sizə düşür, bizə deyil”.

    “Nə qorxuncdur bu. Sizi tapmaq bizim bоynumuza düşür. …Sizsiz bir hеçik. Və siz həmişə susacaqsınız. Bəs bu  Çeş­mi­nur kimdir bеlə?”– deyə sоruşdum. Qar gücləndi. Külək əsdi. Uzaqdan bir gəmi fit vеrdi. Qağayılar səs–səsə vеrib başımızın üstündən keçdilər. Ağa, qağayıları gözləriylə təqib etdi. «Sus –dedi - soruşma, sus təkcə». Bu dəfə əlini “əlvida” deyirmiş ki­mi qaldırdı. Nəmli gözləriylə gülümsəyərək gözlərimə baxdı. “Sən – dedi—o qədər ümidsizliyə qapılma. Bizi tapmağa bizdən qa­lanlar bəs еdəcək».

    Еlə susqun, qaranlığın içində, qоltuğunda Lətaif-i Əndərun, cübbəsinin ətəkləri küləkdə havalana–havalana uzaqlaşdı, yox oldu, gеtdi.