21 Kasım 2010 Pazar

ADİL MİRSEYİD


MÜNHENLİ FOTOQRAF

 

indi heç kim tanımır

keçmiş faşisti

fotoqrafdı indi

üçüncü reyxin unter zabiti

azad biznesi var keçmiş zabitin

bir də cins ingilis iti

müharibə başlananda her serenberq

necə deyərlər adi almandı

sonra faşist oldu

bu münhenden stalinqrada

stalinqraddan münhenə

uzun

ağır

qanlı yoldu

fotoqrafdı indi reyxin keçmiş zabiti

uzun saçlı hippi əvəzinə bryanskda asılmış

gənc partizan görünür gözünə

herr serenberq qıyır gözünü

faşist mundirində görür özünü

belə gözünü qıyıb nişan alardı

zabit serrenberq

münhendə yadigar şəkil çəkdirir

bir turist madam

amma turist xanım deyil

qırx igidə zorladıb

sonra öldürdüyü bir rus qızı

gülümsəyir fotoobyektivdən

herr serenberq mat qalıb

o may gat belə də oxşarmı adam

ehtiyatlı olun madam

herr serenberq bu gün də

qara mundir geyə bilər


1982 

Hiç yorum yok:

Yorum Gönder