21 Kasım 2010 Pazar

NOSTALJİ


NƏRİMAN HƏSƏNZADƏ




GƏZƏYƏN QIZ

 

 

Səni görübdülər dağüstü parkda,

Gün bir az aşağı əyilən vaxtda.

Kinodan çıxanda görüblər səni,

Ötürüb harasa bir nəfər səni.

Sonra bir avtobus duracağında,

Sonra bir metronun çıxacağında,

Sonra bir taksiyə mindiyin yerdə,

Sonra da evə gec döndüyün yerdə

Haraya gedibsən göz qoyubdular,

Adını “gəzəyən qız” qoyubdular.

 

Məni gözləyibsən dağüstü parkda,

Gün bir az aşağı əyilən vaxtda.

Səni kinoya mən aparmışam,

Özüm ötürmüşəm sonra qadası.

Od tutub yanağın, üzün yanmasın,

Yenə görüşmüşük gedib bir axşam,

əvvəl bir avtobus duracağında,

sonra bir metronun çıxacağında

sonra bir taksiyə oturmusan sən,

mənim görüşümə gecikdiyindən.

Özüm saxlamışam bir dəfə səni,

Bir az gec ötürdüm mən evə səni.

Gör, necə yerbəyer, necə adbaad,

məni görməyiblər,

ay dadi – bidad!

Hiç yorum yok:

Yorum Gönder